Basketbol üzrə Avroliqada 6-cı turun oyunları yekunlaşıb. Günün mərkəzi oyununda “Barselona” ilə “Fənərbağça” üz-üzə gəlib. Bu tura qədər məğlubiyyət acısı yaşamayan “Fənərbağça” fasiləyə hesabda 4 xal fərqilə geridə yollansa da, rəqibinə ciddi müqavimət göstərə bilib. 3-cü bölümdə istanbullular müdafiədə inmasız təsir bağışladığından xal fərqi daha da artıb. Amma oyunun son periodunda “Fənər” təşəbbüsü ələ alıb. Buna baxmayaraq, qarşılaşmanın sonuna 37 saniyə qalmış “Barselona”nın forvardı Nikola Kaliniç dəqiq 3-lüklə “Fənərbağça”nın müqavimətini qırıb. “Barsa”nın qələbəsində 26 xal toplayan argentinalı oyun qurucusu Nikolas Laprovittola böyük pay sahibi olub: Barselona – Fənərbağça 81:80.
Daha bir maraqlı oyun Pireydə keçirilib. Çempionatın favoritlərindən olan “Olimpiakos” azarkeşləri qarşısında “Valensiya” ilə bacara bilməyib. Olimpiakos – Valensiya 82:83
“Fənərbağça”nın xal itkisindən istifadə edən “Monako” doğma divarlar arasında “Srvena Zvezda”nı 85:77 hesabı ilə məğlub edərək zirvəyə şərik çıxıb.
“Jalgiris” də evdə “Alba Berlin”i 88:81 hesabıyla məğlubiyyətə uğradıb. “ASVEL Lion” isə səfərdə “Virtus Bolonya”da 84:79 hesabı ilə üstün olub.